"Rəvan" 4 legioner transfer edir

00:07 - 8 Dekabr 2015

"Əsas hücum xətti gücləndiriləcək"
 
Premyer Liqada turnir cədvəlində son pillədə qərarlaşan artıq indidən qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Bəhman Həsənov AZAL-la oyundan sonra açıqlamasında bildirib. Onun sözlərinə görə, qış pəncərəsində heyətə yerli futbolçularla yanaşı, 4 legionerin də transferi planlaşdırılır. Çalışdırıcı həmin adları açıqlamasa da, futbolçuların Portuqaliya, Serbiya və Bosniya və Hersoqovinadan olduğunu bildirib. Həsənov əsasən diqqətin hücum xəttinin gücləndirilməsinə verəcəklərini də dilə gətirib.

Xəbər xətti