"Zirə"yə "Qarabağ"la matçöncəsi şad xəbər

21:11 - 8 Dekabr 2015

Qurbanovun zədəsi ciddi deyil
 
"Zirə"nin yarımmüdafiəçisi Nicat Qurbanov Premyer Liqanın 15-ci turu çərçivəsində "Neftçi"yə qarşı oyunun gedişində zədələnərək meydanı erkən tərk etmək məcburiyyətində qalmışdı.
 
Sportal.az xəbər verir ki, həkim müayinəsindən sonra onun zədəsinin ciddi olmadığı məlum olub. Qurbanov komandasının 16-cı turda "Qarabağ"a qarşı oyununda meydana çıxa biləcək.

Qeyd edək ki, "Zirə" - "Qarabağ" matçı dekabrın 13-ü keçiriləcək.

Xəbər xətti