AZAL-da 2 ciddi itki

15:55 - 9 Dekabr 2015

Aleksandr Quruli ilə Qvanzav Maqomedov
 
“Rəvan”la oyundan sonra birgünlük istirahətə buraxılan AZAL bu gün məşləri bərpa edib.
 
Sportal.az xəbər verir ki, Premyer Liqanın XVI turunda Şüvəlanda “Xəzər-Lənkəran”la qarşılaşacaq Tərlan Əhmədovun yetirmələri hazırlıqlarını davam etdirir. Bu gün saat 11:00-da “AZAL-Arena”da keçirilən məşqdə zədəli Aleksandr Quruli ilə Qvanzav Maqomedov iştirak etməyib.

Qeyd edək ki, onların lənkəranlılılarla oyunda meydançaya çıxmayacagı dəqiqləşib. Hər iki futbolçu ən azı bir həftə həkim nəzarətində müalicə olunacaq.

Xəbər xətti