"İnter" matçı öncəsi "Rəvan"da daha bir itki

11:23 - 12 Dekabr 2015

Suma da kömək edə bilməyəcək

 

Premyer Liqanın XVII turunda "İnter”lə qarşılaşacaq "Rəvan” daha bir futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.

 

Sportal.az xəbər verir ki, "Kəpəz"lə oyunda sarı vərəqə alan Şeriff Suma cəzalı duruma düşdüyündən "İnter"lə matçda komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Rəvan"ın heyətində cəzalı olan Novruz Məmmədov da "bankirlər"lə matçda iştirak etməyəcək. "Rəvan” - "İnter” matçı dekabrın 15-i baş tutacaq.

Xəbər xətti