Paytaxt klubunda ciddi itki

17:00 - 13 Dekabr 2015

Mirzəyev sıradan çıxdı

 

Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində keçirilən AZAL - "Xəzər Lənkəran" (1:0) matçında meydan sahiblərinin heyətində ciddi itki baş verib.

 

Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, görüşün sonlarına yaxın AZAL-ın heyətində Kamal Mirzəyev zədələnərək meydanı tərk etməli olub. Onun əvəzinə meydana Aleksandr Quruli daxil olub.

 

Qeyd edək ki, Mirzəyevin hansı müddətə sıradan çıxdığı hələlik bəlli deyil.

Xəbər xətti