"Kəpəz" cənub səfəri üçün hazırlığa başladı

13:44 - 14 Dekabr 2015

İstirahət bitdi

 

“Kəpəz” Azərbaycan Premyer Liqasının XIIV turunda dekabrın 17-də səfərdə qarşılaşacağı “Xəzər Lənkəran”la oyunun hazırlıqlarına start verib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Rəvan”a qarşı ev oyunundan sonra komandaya bir günlük istirahət verən məşqçilər korpusu ötən gün futbolçuları bir araya yığıb. “Sarı-göylər”in hazırlıq prosesi dəniz kənarında olub.

 

Gəncə klubunun dekabrın 14-ü və 15-nə təyin olunan məşqləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akedemiyasının stadionunda keçiriləcək. “Kəpəz” Lənkəran səfərinə ayın 16-da yollanacaq.

Xəbər xətti