"Rəvan"ın hücumçusu: "Sumqayıt"la oyun 6 xallıq matç olacaq"

22:53 - 15 Dekabr 2015

"Son pillədən canımızı qurtarmaq istəsək də, təəssüf ki alınmadı"
 
Azərbaycan Premyer Liqasının 17-ci turunda "Rəvan" doğma meydanında "İnter"ə 2 - 0 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, matçdan sonra "Rəvan"ın hücumçusu Fərid Quliyev oyun haqda bu fikirləri səsləndirib:
 
“Bildiyiniz kimi beş oyun idi ki, məğlubiyyətin nə olduğunu bilmirdik. İstəyirdik ki, qələbə qazanaq. “İnter” elə komandadır ki, gərək onlara qarşı hər mövqedə diqqətli oynayasan. Son pillədən canımızı qurtarmaq istəsək də, təəsüf ki alınmadı”
 
29 yaşlı hücumçu növbəti matçda mütləq qələbə qazanmaq istədiklərini vurğulayıb:
“Sumqayıt”la görüş 6 xallıq matç olacaq. Mütləq qələbə qazanmalıyıq. Bu oyunda aldığımız məğlubiyyəti unutdurmaq istəyirik”.

Xəbər xətti