Bəhmən Həsənov: "Oyunun ədalətli nəticəsi 2 - 2 hesabı olardı"

23:32 - 15 Dekabr 2015

"Sadəcə, “İnter” bizi oyunçu keyfiyyəti baxımından üstələdi, məğlubiyyəti təhlil edəcəyik"
 
 
Azərbaycan Premyer Liqasının 17-ci turunda "Rəvan" doğma meydanında "İnter"ə 2 - 0 hesabı ilə məğlub olub.
 
 
Sportal.az PFL-nın rəsmi saytına istinadən xəbər verir ki, "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov qələbəni belə şərh edib:
 
 
“Oyunun ədalətli nəticəsi 2 - 2 hesabı olardı. Orxan Lalayevin zədə almasından sonra problemlər meydana gəldi. Əsas oyunçularımızın bir neçəsi zədəlidir, eyni zamanda “İnter”dən icarəyə götürdüyümüz oyunçular meydançada yox idi. Şikayətlənmək barədə düşünmürəm, sadəcə, reallıq budur. Əgər əldə etdiyimiz qol şanslarından ikisini dəyərləndirə bilsəydik, hesab fərqli olacaqdı. Məğlubiyyətə görə təəssüflənirəm, uğurlu oyunlardan sonra uduzduq. Qış fasiləsinə qədər qalan 1 oyunumuzdan maksumum yararlanmağa çalışacağıq. Düşünürəm ki, oyunumuzda irəliləyiş var, futbolçularımız taktiki gedişləri yerinə yetirməyi bacarırlar. Sadəcə, “İnter” bizi oyunçu keyfiyyəti baxımından üstələdi, məğlubiyyəti təhlil edəcəyik”.

Xəbər xətti