"Rəvan" Bakıda başlayıb Antalyada davam edəcək

00:24 - 16 Dekabr 2015

Komanda 4 yoxlama oyunu keçirəcək
 
Artıq Premyer Liqamızda ikinci dövrə başa çatmaq üzrədir və çempionatımızda təxminən 40 günlük qış fasiləsi yaranacaq.  Bu fasilədən "Rəvan" klubu çalışdığı qədər maksimum istifadə edəcək.
 
"Aslanlar"ın qış təlim-məşq toplanışı iki hissədən ibarət olacaq. Belə ki, komanda yanvarın 4-ü tibbi müayinədən keçəcək və ayın 5-dən 12-nə qədər Bakıda məşq edəcəyik. Bundan sonra 12 günlük Antalya təlim-məşq toplanışı olacaq. "Rəvan" Antalyada 4 yoxlama oyunu keçirməyi də planlaşdırır.
 
Bu barədə Sportal.az-a açıqlamasında komandanın baş məşqçisi Bəhmən Həsənov  məlumat verib.

Xəbər xətti