Nelson Bonilla: "Çempionatda zəif rəqib yoxdu"

22:13 - 16 Dekabr 2015

"Çox şadam ki qələbə qazandıq"
 
Azərbaycan Premyer Liqasının 17-ci turunda "Zirə" doğma meydanında "Qəbələ"ni 1 - 0 hesabı ilə məğlub edib.
 
 
Matçdan sonra "Zirə"nin hücumçusu Nelson Bonilla oyunla bağlı fikirlərini sportal.az-a bölüşüb:
 
“Qəbələ” Azərbaycanın ən güclü komandalarından biridi. Çox şadam ki qələbə qazandıq. Bu bizə asan başa gəlmədi. Çox çətin matç oldu. Çempionatda zəif rəqib yoxdu. Qələbəyə ehtiyacımız var idi. Çünki ikinci pilləyə yüksələcəkdik. Bunu bacardığımız üçün komanda yoldaşlarımı təbrik edirəm. Növbəti matçda bizi AZAL-la çətin sınaq gözləyir. Həmin görüşə ciddi hazırlaşıb 3 xalla ayrılmalıyıq”.

Xəbər xətti