Klopp: "Ağlımızı itirmişik"

15:30 - 21 Dekabr 2015

"İlk qolda qapıçı kobud səhvə yol verdi"

 

İngiltərə Premyer Liqasının 17-ci turunda "Uotford"a 3 - 0 hesabı ilə məğlub olan "Liverpul"un baş məşqçisi Yürgen Klopp oyun haqda fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunçuların səhvlərindən gileylənib:

 

"Bu matçda futbolçularım adi səhvlərə yol verdilər. İlk qolda qapıçı Adam Boqdan topa müdaxilə edə bilmədi. Hakim də o epziodda səhvə yol verdi. Amma biz daha çox səhvlər etdik. İlk qolu buraxanda elə həmin anda ağlımızı itirdik və futbol oynamaq istəmədik. Daha yaxşı müdafiə oluna bilərdik. Komandada özünəinam olmadığı üçün böyükhesablı məğlubiyyətlə üzləşdik".

 

Xatırladaq ki, "Liverpul" Premyer Liqada 17 turdan sonra 24 xalla 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti