"Liverpul" 19 yaşlı futbolçunu transfer etdi

18:36 - 22 Dekabr 2015

7 milyon avro qarşılığında
 
İngiltərə Premyer Liqasında mübarizə aparan "Liverpul" klubu gənc futbolçu Marko Qruyiçi transfer edib.
 
Sportal.az "Liverpool Echo"ya istinadən xəbər verir ki, "qırmızılar" Serbiyanın "Srvena Zvezda" klubunun istedadlı yarımmüdafiəçisi Marko Qruyiçin transferində razılığa gəlib. "Liverpul" bu transfer üçün qarşı tərəfə 7 milyon avro ödəyəcək. Qruyiçlə 5 illik müqavilə imzalanacaq və futbolçunun illik gəlirinin 1,5 milyon avro olacağı gözlənilir.
 
19 yaşlı futbolçu yeni komandasına əfsanəvi futbolçu Stiven Cerrardın 8 nömrəli formasını geyinəcək.

Xəbər xətti