"Futbolçularımı yuxudan oyatmaq istəmirəm"

18:55 - 22 Dekabr 2015

"Onlarla fəxr edirəm"
 
İngiltərə Premyer Liqasında əla mövsüm keçirən "Lester Siti"nin baş məşqçisi Klaudio Ranieri yerli mətbuata açıqlama verib.
 
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis maraqlı açıqlamaları ilə yadda qalıb:
 
"Möhtəşəm mövsüm keçiririk. Hər şey istədiyimiz kimi gedir. Oyunçularımızla və azarkeşlərlərlə qürur hissi keçirirəm. Komandamdan çox razıyam. Sanki bir yuxudadırlar. Onları yuxudan oyatmaq istəmirəm".
 
Qeyd edək ki, "Lester Siti" Premyer Liqada 17 turdan sonra 38 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.

Xəbər xətti