PSJ-nin aşkar üstünlüyü

17:27 - 27 Dekabr 2015

8 futbolçu yer alıb

 

Fransanın "L`Equipe" nəşri Liqa 1-də 2015-ci ilin rəmzi komandasını müəyyənləşdirib.

 

Sportal.az xəbər verir ki, siyahıda son çempion və hazırda turnir cədvəlinin birinci pilləsində qərarlaşan PSJ-dən 8 futbolçu yer alıb. Digər 3 futbolçu isə “Nitsa”, “Lion” və “Lill”dən seçilib:

 

Qapıçı: Vensan Eneyama ("Lill")

 

Müdafiəçilər: Maksvell, David Luiz, Tyaqo Silva, Serj Orye (hamısı PSJ)

 

Yarımmüdafiəçilər: Blez Matuidi, Marko Veratti, Anhel Di Maria (hamısı PSJ)

 

Hücumçular: Hatem Ben Arfa ("Nitsa"), Zlatan İbrahimoviç (PSJ), Nabil Fekir ("Lion")

Xəbər xətti