"Rəvan" hazırlığa start verdi

17:33 - 5 Yanvar 2016

Kollektiv bu gün "Bayıl Arena”da bir araya gəlib

 

"Rəvan” PFK-nın əsas komandası qış təlim-məşq toplanışına start verib.

 

Sportal.az xəbər verir ki, Bəhmən Həsənovun rəhbərlik etdiyi kollektiv bu gün "Bayıl Arena”da bir araya gəlib.

 

Hazırlıqlarını paytaxtda reallaşdıracaq "aslanlar” gündəlik məşqlərlə yanaşı yoxlama matçlarında da qüvvəsini sınayacaq. Artıq oyunların keçiriləcəyi tarixlər də bəllidir: 10, 17 və 24 yanvar. Rəqiblərin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək.

Xəbər xətti