"Neftçi" - "Kəpəz" matçının başlama saatı məlum oldu

12:31 - 7 Yanvar 2016

Yoxlama matçı

 

Xəbər verdiyimiz kimi, çempionatın ikinci hissəsinə hazırlığı ölkə daxilində keçirəcək “Kəpəz”in yoxlama oyunundakı rəqiblərindən biri məlum olub.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Sarı-göylər” yanvarın 23-də “Neftçi” ilə qarşılaşacaq.“Bakcell Arena”da reallaşacaq oyun saat 17:00-da başlayacaq.

 

Qeyd edək ki, komanda Topaz Premyer Liqasının qış fasiləsi müddətində üç yoxlama matçı keçirəcək. “Kəpəz”in digər iki rəqibi isə hələ müəyyənləşməyib.  

Xəbər xətti