FİFA daha bir klubumuzu cəzalandırdı: 79 min dollar

16:17 - 7 Yanvar 2016

Klub Premyer Liqada iştirakdan məhrum edilə bilər

 

Premyer Liqanın ikinci yarısına başlayıb-başlamayacağı sual altında olan “Rəvan”ı FİFA da məyus edib.

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu Julio Sezar ali sözügedən quruma şikayət edərək, Bakı klubuna qalib gəlib. 


FİFA-nın qərarına əsasən Nuru Əliyevin sahib olduğu klub cənubi amerikalı oyunçuya 79 min ABŞ dolları ödəməlidir. Bu pullar braziliyalıya verilməyəcəyi təqdirdə klub  Premyer Liqada iştirakdan məhrum edilə bilər. 


Bu barədə məlumatı “Qafqazinfo”ya açıqlamasında futboçunun vəkili Radostin Vasiliyev verib. O, həmçinin bildirib ki, daha bir futbolçuya görə “Rəvan” cəzalana bilər: “Rəvan”a qarşı bu həftə daha bir məhkəmə olacaq. Mənim digər müştərim Tyaqo Souza Bezzeraya borcu olan klub FİFA tərəfindən ikinci cəzanı ala bilər. Əgər yanvar ayının sonuna qədər pullar ödənilməsə, onların hesabından 6 xal silinə bilər. Həmçinin komanda Premyer Liqada iştirak hüququndan da məhrum edilmək təhlükəsi ilə üz-üzədir”.

Xəbər xətti