"Rəvan" legioneri ilə yollarını ayırır

01:00 - 8 Yanvar 2016

Şeriff Suma komandanı tərk edir
 
"Rəvan" legioner futbolçusu Şeriff Suma ilə yollarını ayırır.

Sportal.az-ın əldə etidiy məlumata görə, Suma özü komandadan getmək istəyib. Buna da səbəb komandada maliyyə problemlərinin olmasıdır. Müdafiəçi komandanın düşərgəsinə qayıtmayacaq. Digər legioner qapıçı Konstantin Maxnovski isə maliyyə problemlərinə baxmayaraq komandada qalmağı üstün tutub. Ukraynalı qapıçı ən azı mövsümün sonuna qədər "Rəvan"ın formasını geyinəcək.

Xəbər xətti