"Rəvan"da iki yeni legioner: Biri də yoldadır

00:47 - 9 Yanvar 2016

Biri hücumçu, biri qolkiper
 
"Rəvan" artıq mövsümün ikinci yarısı üçün heyətini gücləndirməyə start verib.

Komandanın baş məşqçisi Bəhman Həsənov Sportal.az-a açıqlamasında iki legionerin komandaya qoşulduğunu bildirib. Bunlar rusiyalı qolkiper Vadim Quskov və gürcüstanlı hücumçu Sandro Çelidzedir. Onun sözlərinə görə, daha bir portuqaliyalı yarımmüdafiəçi yaxın günlərdə komandaya qoşulmalıdır. Həsənov hər üç futbolçu haqda son qərarını qış fasiləsində baş tutacaq "CBC Cup" matçlarından sonra verəcəyini də bildirib.

Xəbər xətti