"Zirə" Antalyaya yola düşdü

12:08 - 9 Yanvar 2016

Təlim-məşq toplanışı

 

Xəbər verdiyimiz kimi, Premyer Liqamızın ilk yarısını 3-cü pillədə başa verən debütant "Zirə" yanvarın 5-dən etibarən Bakıda hazırlıqlara start verib.

 

Sportal.az xəbər verir ki, paytaxtda 4 gün hazırlıq keçən komanda toplanışı davam etdirmək üçün bu gün Antalyaya yola düşüb. 

 

Qeyd edək ki, "Zirə" yanvarın 9-24-ü arası Antalyada hazırlığının ikinci mərhələsini keçəcək.

Xəbər xətti