Sportal.az-ın xəbəri təsdiqləndi: Sitnik "Kəpəz"dən rəsmən ayrıldı

14:35 - 11 Yanvar 2016

Qarşlıqlı razılıq əsasında...

 

Yevlaxda təlim-məşq toplanışına start verən “Kəpəz” daha bir futbolçu ilə yolları ayırıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı qarşılıqlı razılıq əsasında ukraynalı legioner Aleksandr Sitnik tərk edib.

 

Qeyd edək ki, hücumçu cari mövsümdə 17 oyunda meydanda olaraq  rəqib qapısından iki qol keçirib. Sitnik “Qəbələ” və “Sumqayıt” ilə səfər oyunlarında fərqlənib.

 

Xatırladaq ki, Sitnikin ayrılacağı barədə ilk xəbəri Sportal.az saytı yazıb. http://sportal.az/?goal=news&id=67346

Xəbər xətti