"Kəpəz"in daha iki rəqibi müəyyənləşdi

11:50 - 12 Yanvar 2016

Təlim-məşq toplanışında...

 

Premyer Liqanın qış hazırlığı dövründə “Kəpəz”in yoxlama oyunu keçirəcəyi daha iki komandanın adı məlum olub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “sarı-göylər” ilk yoldaşlıq matçını yanvarın 13-də keçirəcək. İlk matçda "Kəpəz" əvəzedici komanda ilə qarşılaşacaq. Matç saat 16:00-da başlayacaq və Yevlaxdakı təlim-məşq bazasının stadionunda keçiriləcək.

 

“Kəpəz” Bakı toplanışı çərçivəsində isə “Ağsu” ilə qarşılaşacaq. Birinci divizion təmsilçisi ilə oyun yanvarın 26-da Bakıda olacaq. Hələlik qarşılaşmanın keçirilmə yeri və saatı dəqiqləşməyib. 

 

Xatırladaq ki, bundan öncə Gəncə klubunun yanvarın 23-də “Neftçi” ilə yoxlama matçında üz-üzə gələcəyi açıqlanıb. 

Xəbər xətti