"Rəvan" əvəzedici heyətlə davam edəcək

00:47 - 14 Yanvar 2016

Komanda əsas futbolçularını göndərir
 
"Rəvan"da maliyyə probləmlərinin yaşandığı və əsas komandanın iki gündür məşqlərə çıxmadığı barədə məlumat vermişdik.

Klubdan Sportal.az-a verilən məlumata görə, komanda əsas heyət futbolçuları ilə yollarını ayıracaq. Mövsümün ikinci hissəsində isə komanda əvəzedici heyətin üzvləri ilə yola davam edəcək.

Xəbər xətti