"Kəpəz" ilk yoxlama matçında 6 qol vurdu

12:39 - 14 Yanvar 2016

Əvəzedici heyətlərlə matçda...

 

Mövsümün ikinci yarısı üçün hazırlığı davam etdirən “Kəpəz” toplanış müddətində ilk yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Yevlaxda məskunlaşan “sarı-göylər” əvəzedici heyətlə qarşılaşıblar. Oyun əsas komandanın 6:0 hesablı qələbəsi ilə başa çatıb. “Kəpəz”dən ilk yarıda Bəxtiyar Soltanov, Azad Kərimov, Ceyhun Cavadov, fasilədən sonra isə Budaq Nəsirov və iki dəfə Julien Ebah fərqlənib.

 

Qeyd edək ki, hər iki komandanın baş məşqçisi hər hissədə fərqli heyətə şans verib.  

Xəbər xətti