"Zirə" "Traktor Sazi"ni Qazaxıstan klubuna dəyişdi

18:05 - 14 Yanvar 2016

"Ordabası" klubu ilə qarşılaşacaq

 

Premyer Liqanın ikinci dövrəsinin hazırlığını Antalyada davam etdirən "Zirə"nin hazırlıq matçında qarşılaşcaq rəqiblərindən biri dəyişib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin İranın "Traktor Sazi" klubu ilə keçirməli olduğu yoxlama oyunu təxirə salınıb. Buna səbəb İran təmsilçisinin Türkiyəyə təlim-məşq toplanışına gəlməməsi olub. "Qartallar" "Traktor Sazi"yə əvəz tapa bilib. 

 

Belə ki, "Zirə" yanvarın 16-da Qazaxıstanın "Ordabası" klubu ilə qarşılaşacaq. Bu barədə Qazaxıstan klubunun rəsmi saytında məlumat verilib. Qarşılaşma saat 19:00-da start götürəcək.

Xəbər xətti