"Kəpəz" "Qaradağ Lökbatan"la qarşılaşacaq

12:24 - 15 Yanvar 2016

Yoxlama matçı

 

“Kəpəz”in yoxlama oyunundakı daha bir rəqibi müəyyənləşib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “sarı-göylər” təlim-məşq toplanışı müddətində ikinci yoldaşlıq matçında “Qaradağ Lökbatan”la üz-üzə gələcək. Birinci divizion təmsilçisi ilə oyun yanvarın 17-də saat 16:00-da Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.

 

Qeyd edək ki, “Kəpəz” Bakı toplanışı çərçivəsində daha iki matça çıxacaq. Komanda yanvarın 23-də “Neftçi”, ayın 26-da isə “Ağsu” ilə qarşılaşacaq. 

Xəbər xətti