"Zirə"nin bütün rəqibləri məlumdu

17:10 - 15 Yanvar 2016

Sabah ilk matçına çıxacaq

 

Türkiyənin Antalya şəhərində məşqlərini davam etdirən “Zirə” artıq ilk mərhələni başa vurmaq üzrədir.  
 

Sportal.az  klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bir həftənin tamamından etibarən baş məşqçi Adil Şükürov yoxlama oyunlarında komandanın gücünü sınayacaq. 

“Qartallar” ilk oyununu sabah keçirəcək. Əvvəlcə bu tarixdə “Traktor Sazi” ilə müqavilə imzalansa da, Təbriz klubunun Antalya toplanışından imtina etməsi üzündən dəyişiklik edilib. Bu səbəbdən “Zirə” sabah Qazaxıstanın “Ordabasi” klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 

Həmçinin, komandanın yanvarın 19-da qarşılaşacağı rəqibin də adı məlum olub. Paytaxt klubu Almaniyanın Regional liqası təmsilçilərindən “Optik”lə görüşəcək. Həmin oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Yanvarın 22-də isə “Zirə” Rumıniyanın “Tırqu-Mureş” klubu ilə üz-üzə gələcək.

Xəbər xətti