"Pelle komandamızda xoşbəxtdir"

21:21 - 15 Yanvar 2016

"Onun xidmətlərinə ehtiyacımız var"
 
İngiltərə Premyer Liqasında mübarizə aparan "Southempton" klubun baş məşqçisi Ronald Kuman yerli mətbuata açıqlama verib.
 
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis komandanın qol silahı olan Qrasiano Pelleni satmaq fikrində olmadıqlarını bildirib:
 
"Pelle komandamızda xoşbəxtdir. Onun xidmətlərinə ehtiyacımız var. Hazırda heyətdən hansısa futbolçunu göndərməyi planlaşdırmırıq. Qaston Ramiresə isə özünə klub tapmağa icazə vermişik".
 
Qeyd edək ki, Qrasiano Pelle "Yuventus"un maraq dairəsindədir.

Xəbər xətti