"Zirə" 2016-cı ilin ilk matçına çıxır

01:00 - 16 Yanvar 2016

Rəqib Qazaxıstan təmsilçisidir
 
Türkiyənin Antalya şəhərində məşqlərini davam etdirən “Zirə” bu gün ilk yoxlama oyununa çıxacaq.
 
Sportal.az xəbər verir ki, Adil Şükürovun komandası bu gün Qazaxıstanın “Ordabaşı” klubu ilə üz-üzə gələcək.  Bələkdə “Kaya” otelinin stadionunda baş tutacaq qarşılaşma  yerli vaxtla 17:00-da (Bakı vaxtı ilə 19:00) başlayacaq.

Xəbər xətti