Tərlan Əhmədov: "Müdafiədə və hücumda səhvlərimiz oldu"

15:59 - 16 Yanvar 2016

"Rəqib bizə istədiyimiz oyunu sərgiləməyə imkan vermədi"

 

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Bakıda təşkil olunan mini-turnir çərçivəsində 1-ci divizion klubu MOİK-ə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportal.azxəbər verir ki, o, 2:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:

 

"Neftçi" ilə ilk oyundan sonra qələbə qazanıb, vəziyyəti düzəltmək istəyirdik. Bu dəfə də müdafiədə və hücumda səhvlərimiz oldu. Birinci divizion komandaları bu turnirdə özlərini yaxşı tərəfdən göstərə bilirlər. MOİK də bu gün yaxşı oynadı. Rəqib bizə istədiyimiz oyunu sərgiləməyə imkan vermədi. Hər oyunda artırmağa çalışırıq. Heyətimizdə itkilər var". (CBC)

Xəbər xətti