İqalo qərarını verdi

16:15 - 16 Yanvar 2016

"Uotford"la müqaviləm var
 
İngiltərə Premyer Liqasında mübarizə aparan "Uotford" klubunun hücumçusu Odion İqalo haqqında çıxan transfer şayiələrinə münasibət bildirib.
 
Sportal.az xəbər verir ki, Premyer Liqada dekabr ayının ən yaxşı futboçusu seçilən İqalo mövsümün sonuna qədər komandada qalacağını bildirib:
 
"Uotford"la müqaviləm var. Qış transfer pəncərəsində heç yerə gedən deyiləm. Hazırda qollarımla komandama faydalı olmaq istəyirəm. Burada məni hər şey qane edir".
 
Qeyd edək ki, İqalo bu mövsüm Premyer Liqada 13 qol vurub.

Xəbər xətti