"Kəpəz" I Divizion təmsilçisinə məğlub oldu

19:47 - 17 Yanvar 2016

"Qaradağ Lökbatan" iki qolla sevindi
 
I divizion təmsilçisi “Qaradağ Lökbatan” Azərbaycan Premyer Liqasında çıxış edən “Kəpəz” komandası ilə yoxlama oyununda qüvvəsini sınayıb.
 
Sportal.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşmanın birinci hissəsində qapılar toxunulmaz qalıb. Görüşün ikinci hissəsində "Qaradağ Lökbatan” Gəncə təmsilçisinin qapısına iki dəfə yol tapa bilib. Birinci divizion klubunun qələbə qollarını Rüfət Məmmədov və Sabir Allahquliyev vurub.
 

Xəbər xətti