Tərlan Əhmədov: "Bu matç komandamızın zəif cəhətlərini üzə çıxardı"

18:33 - 18 Yanvar 2016

"Bizim oyunçu hakimi təhqir etmədi"

 

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "CBC Sport kuboku" çərçivəsində "Şərurspor"a qarşı keçirdikləri oyundan (3:2) sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı bunları söyləyib:

 

"Maraqlı oyun alındı. Bu oyunda vurulan 5 qol da turnirdəki ajiotajdan xəbər verir. Hakimlər ötən gün baş tutan oyunda da futbolçuları meydandan qovmuşdular, bu görüşdə də belə oldu. Rəqibin bizə güclü müqavimət göstərəcəyini gözləyirdim, elə də oldu. Bu gün heyətdə bəzi dəyişikliklər etmişdim. Çünki üç futbolçumuz gənclərdən ibarət yığmamızla birgə Türkiyəyə yollanıb. Daha bir futbolçumuz cəzalı durumda idi.  Qələbə qazansaq da, bu matç komandamızın zəif cəhətlərini üzə çıxardı. Futbolçumuzun meydandan qovulması o demək deyil ki, komandada intizamla bağlı problem var. Bizim oyunçu hakimi təhqir etmədi, orada sadəcə, oyun epizodu idi". (СВС)

Xəbər xətti