Ben Arfa qərarını verdi

23:40 - 19 Yanvar 2016

"Heç bir klubla transfer danışıqları aparmıram"
 
Fransa I Liqasında mübarizə aparan "Nitsa"nın futbolçusu Hatem Ben Arfa transfer söz-söhbətlərinə aydınlıq gətirib.
 
Sportal.az xəbər verir ki, 28 yaşlı tunisəsilli fransız hücumçu "Nitsa"da qalacağını bildirib:
 
"Heç bir klubla transfer danışıqları aparmıram. Bütün fikrimi "Nitsa"ya cəmləmişəm. Ayrılmaq üçün bir səbəb görmürəm. Burada hər şey məni qane edir".
 
Qeyd edək ki, Hatem Ben Arfa bu mövsüm "Nitsa"nın heyətində Fransa I Liqasında 9 qol vurub.

Xəbər xətti