"Kəpəz" "Turan Tovuz"la sülhə razılaşdı

01:24 - 20 Yanvar 2016

Komandaya 1 günlük istirahət verildi
 
“Kəpəz”in əvəzedici heyəti də mövsümün ikinci hissəsinə hazırlığı davam etdirir.
 
Sportal.az xəbər verir ki, Yevlax toplanışını başa vuran sözügedən komanda Gəncədə məşqlərə başlayıb. Təlim-məşq toplanışı çərçivəsində Azər Məmmədovun yetirmələri ötən gün yoxlama oyunu da keçirib. Əvəzedicilər “Turan Tovuz”un qonağı olub. Görüşdə tərəflərin səyinə baxmayaraq hesab açılmayıb - 0:0.
 
Birinci divizion təmsilçisi ilə matçdan sonra komanda üzvlərinə bir günlük istirahət verilib.

Xəbər xətti