"Zirə" Rumıniya klubu ilə qarşılaşacaq

10:27 - 22 Yanvar 2016

Son sınaq

 

Antalyada təlim-məşq toplanışında olan "Zirə" bu gün son yoxlama görüşünü keçirəcək.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu Rumıniyanın “Tırqu Mureş” klubu ilə görüşəcək. Qarşılaşma Mardan İdman Kompleksinin meydanında keçiriləcək. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

Qeyd edək ki, "Zirə" Antalyada keçirdiyi ilk görüşündə "Ordabaşı"ya (Qazaxıstan) 1:4, "Optik"ə isə (Almaniya) 0:1 hesabı ilə uduzub.

 

 

22 yanvar

19:00. “Zirə” (Azərbaycan) – “Tırqu Mureş” (Rumniya)

Türkiyə. Antalya. Mardan İdman Kompleksinin meydançası

Xəbər xətti