"Zirə" Antalya toplanışını qələbə ilə başa vurdu

00:02 - 23 Yanvar 2016

Rumıniya klubunu məğlub etdi
 
Antalyada təlim-məşq toplanışında olan "Zirə" dünən son yoxlama görüşünü keçirib.
 
Sportal.az xəbər verir ki, Adil Şükürovun komandası  Rumıniyanın “Tırqu-Mureş” klubu ilə üz-üzə gəlib Keçirdiyi ilk iki görüşdən məğlub ayrılan "Zirə" son matçında qələbə qazanıb - 1:0. Yeganə Qolu Tato vurub.
 
Qeyd edək ki, "Zirə" Antalyada keçirdiyi ilk görüşündə "Ordabaşı"ya (Qazaxıstan) 1:4, "Optik"ə isə (Almaniya) 0:1 hesabı ilə uduzub.

Xəbər xətti