"Xəzər Lənkəran"da daha bir yeni futbolçu

00:02 - 26 Yanvar 2016

Asif Mirili baxışda 
 
"Xəzər Lənkəran" ikinci dövrənin hazırlıqlarını davam etdirir.
 
Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, daha bir futbolçu cənub təmsilçisinə baxışa gəlib. Belə ki, Asif Mirili artıq komandanın düşərgəsindədir. Baş məşqçi yaxın günlərdə futbolçu haqda son qərarını verəcək.
 
Qeyd edək ki, cənub təmsilçisi 5 futbolçu - Tural Cəlilov, Nodar Məmmədov, Ruslan Cəfərov, Orxan Səfiyaroğlu və Vaquf Güləliyevlə müqavilə imzalayacaq.

Xəbər xətti