"Xəzər Lənkəran" "Şərurspor"a məğlub oldu

16:50 - 26 Yanvar 2016

Yoxlama oyunu

 

Premyer Liqanın ikinci yarısının hazırlıqlarını davam etdirən "Xəzər Lənkəran" bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, cənub təmsilçisi I Divizionda çıxış edən "Şərurspor"la qarşılaşıb. Matç I Divizion təmsilçisinin 5 - 2 hesablı qələbəsi ilə başa çatıb. "Ağ-yaşıllar"ın heyətində Elfad Baləhmədov və Zaman Mirzəyev fərqləniblər.

Xəbər xətti