"Xəzər Lənkəran"ın stadionu qar altında qaldı FOTO

17:50 - 27 Yanvar 2016

20-25 sm hündürlüyündə qar var

 

Premyer Liqanın ikinci yarısının hazırlıqlarını doğma şəhərdə davam etdirən “Xəzər Lənkəran” çətinliklə üzləşib.

 

Sportal.az  xəbər verir ki, aramsız yağan qar Lənkəran Şəhər Mərkəzi stadionunu yararsız hala salıb. Hazırda stadionda 20-25 sm hündürlüyündə qar var.

 

Yanvarın 31-də çempionatın növbəti turunda “Rəvan”la qarşılaşmalı olan “Xəzər Lənkəran” isə bu gün istirahətə buraxılıb. Böyük ehtimalla komanda sabah da məşqini qapalı məkanda keçirəcək.

 

Stadionun fotolarını təqdim edirik:

 

Xəbər xətti