"Zirə" daha 3 transfer edəcək

00:02 - 28 Yanvar 2016

"Həm yerli, həm də legioner futbolçularla danışıqlar davam edir"
 
Premyer Liqamzın debütantı "Zirə" növbəti transferlərini reallaşdırmağa yaxındır.
 
Bu barədə Sportal.az-a açıqlamasında komandanın baş məşqçisi Adil Şükürov məlumat verib. O, açıqlamasında hazırda 3 futbolçu ilə danışıqlar apardığını bildirib. Bu futbolçular içərisində həm yerli, həm də legionerlər var. Yanvarın 31-nə qədər bu məsələyə aydınlıq gələcəyini də dilə gətirib.
 
Qeyd edək ki, "Zirə" qış transfer fasiləsində yalnız "Qarabağ"dan Vüqar Mustafayevi icarə əsasında heyətinə qatıb və Eltun Hüseynov, Rihairo Meurelens və İlqar Hüseynovla yollarını ayırıb.

Xəbər xətti