"Xəzər Lənkəran" 5 yeni futbolçu sifariş verdi

19:51 - 29 Yanvar 2016

Qış fasiləsində heyətinə qatdığı futbolçular

 

"Xəzər Lənkəran" Premyer Liqanın ikinci dövrəsi üçün 5 yeni futbolçu sifariş verib.

 

Sportal.az xəbər verir ki, bunlar "ağ-yaşıllar" ın qış fasiləsində heyətinə qatdığı Asif Mirili, Orxan Səfiyaroğlu, Nodar Məmmədov, Ruslan Cəfərov və Vaqif Güləliyevdi.

 

Artıq həmin futbolçuların cənub təmsilçisində hansı nömrə altında çıxış edəcəkləri də müəyyənləşib. Asif Mirili 6, Orxan Səfiyaroğlu 7, Nodar Məmmədov 15, Ruslan Cəfərov 4 və Vaqif Güləliyev 17 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, "Xəzər Ləkəran" qış transfer pəncərəsi dönəmində 7 futbolçu ilə yolları ayırıb.

Xəbər xətti