"Qarabağ"la matçöncəsi AZAL-da iclas FOTO

01:00 - 31 Yanvar 2016

"İnanırıq ki, bu dəfə də bizi sevidirəcəksiniz"
 
Bu gün Şüvəlanda “Qarabag”la qarşılaşacaq AZAL-ın rəhbərliyi futbolçu və məşqçi heyəti ilə görüş keçirib. 
 
Sportal.az xəbər verir ki, klubun bazasında baş tutan tədbirdə vitse-prezident Fikrət Hüseynov komandanın üzvləri ilə bir araya gəlib.  Daha çox qeyri-rəsmi xarakter daşıyan tədbirdə Hüseynov əvvəlcə heyətə yeni cəlb olunan futbolçularla tanış olub.
 
Baş məşqçi Tərlan Əhmədov təzə oyunçuları təqdim edib və onlar barədə Hüseynova məlumat verib. AZAL-ın vitse-prezidenti çıxışında klubla bağlı bir sıra məqamlara toxunaraq hamını çempionat oyularının bərpa olunması münasibəti ilə təbrik edib:
 
”Nəhayət uzun fasilədən sonra çempionatın görüşlərinə çıxacaqsız. Liderə qarşı mübarizə aparacaqsınız. Biz bu mövsüm Şüvəlanda məğlub olmamışıq. “Qarabag”la qarşılaşmada da sizə qələbə arzulayırıq. İnanırıq ki, bu dəfə də bizi sevidirəcəksiniz.”
 
Toplantının yekunuda söz alan baş məşqçi Tərlan Əhmədov isə komandasına inamını dilə gətirb. O bildirib ki, bütün futbolçulara güvənir və qarşıya qoyulan tələblər yerinə yetiriləcəkdir.
 

Xəbər xətti