Adil Şükürov: "İnter"in güclü və zəif cəhətlərini bilirdik"

00:15 - 1 Fevral 2016

"Bu uğurumuz da xaricdəki toplanışımızın bəhrəsidir"
 
"Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib.
 
Sportal.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
"Azarkeşlərə dəstəyə görə təşəkkürümü bildirirəm. Klub rəhbərliyinə də Antalyada toplanış keçməyimizə şərait yaratdığı üçün minnətdaram. Bu uğurumuz da xaricdəki toplanışımızın bəhrəsidir. Qarşımızdakı güclü rəqib idi. Amma "İnter"in güclü və zəif cəhətlərini bilirdik. Bundan da istifadə edib, vacib qələbə qazandıq".

Xəbər xətti