Paytaxt klubu XX tura 2 ciddi itki ilə çıxacaq

14:14 - 1 Fevral 2016

Cəzalı duruma düşdülər

 

Azərbaycan Premyer Liqasının XX turunda səfərdə "Sumqayıt"ın qonağı olacaq "Zirə" bu matça 2 ciddi itki ilə çıxacaq.

 

Sportal.az xəbər verir ki, XIX turda keçirilən "İnter"lə matçda "Zirə"nin 2 əsas futbolçusu Viktor İqbekoyi və Yovan Krneta sarı vərəqə alaraq cəzalı duruma düşüblər. 

 

Qeyd edək ki, "Sumqayıt" - "Zirə" matçı fevralın 6-sı baş tutacaq.

Xəbər xətti