Hakimi təhqir edən "Xəzər Lənkəran"ın futbolçusuna sərt cəza

12:59 - 2 Fevral 2016

4 oyunluq cəza

 

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda aşağı yaş qrupları üzrə mübarizə aparan komandalar da cəzalanıb:

 

 

25 yanvar 2016-cı il Bakcell U-17 Liqasında “Rəvan” – “Bakı” matçının 3-cü dəqiqəsində “Rəvan” klubunun 4 №-li futbolçusu Cəlal Həsənov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

 

25 yanvar 2016-cı il Bakcell U-17 Liqasında “Zirə” – AZAL matçının 58-ci dəqiqəsində AZAL klubunun 9 №-li futbolçusu Ənvər Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

 

28 yanvar 2016-cı il U-16 Liqasında “Vətən” – “İnter” matçının 80-cı dəqiqəsində “Vətən” klubunun 2 №-li futbolçusu Qabil Sabirli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

 

26 yanvar 2016-cı il Boulevard Hotel U-15 Liqasının “Kəpəz” – “Xəzər Lənkəran” matçının 25-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 7 №-li futbolçusu Əliağa Məmmədov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır.

 

26 yanvar 2016-cı il Boulevard Hotel U-15 Liqasının “Turan” İB – “Qarabağ”  matçında “Turan” İB klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Bu hal 3-cü dəfə təkrar olunduğuna görə klub yarışlardan kənarlaşdırılır.

Xəbər xətti