Elnur Cəfərov və Kamran Abdullazadə yenidən "Xəzər Lənkəran"da?

00:47 - 3 Fevral 2016

Klub rəhbərlyii yaxın günlərdə yekun qərarını verəcək
 
"Xəzər Lənkəran”ın Elnur Cəfərov və Kamran Abdullazadəni transferə çıxarması ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq. 
 
Sportal.az xəbər verir ki, qış transfer dönəmində heç bir klubla anlaşa bilməyən futbolçular hər ikisi mövsümü "Xəzər Lənkəran”da başa vuracaqlar. Hər iki futbolçunun bağışlanması üçün artıq klub rəhbərliyinə bir neçə müraciət ünvanlanıb. Bu futbolçular haqda klub rəhbərliyi yaxın günlərdə qərarını açıqlayacaq.

Xəbər xətti