Yığmamıza namizəd futbolçunun ayağı sındı

"Bakı"nın qolkiperi əməliyyat edilib
 
U-17 liqasında dünən keçirilən "Bakı" - "Qarabağ" oyununda xoşagəlməz hadisə yaşanıb.
 
Sportal.az xəbər verir ki, meydan sahiblərinin qapıçısı, Hüseynəli Quliyev rəqib hücumçu ilə toqquşmada ağır zədə alıb. Dərhal xəstəxanaya çatdırılan futbolçunun ayağında qamış və incik sümüklərinin sındığı məlum olub və dərhal əməliyyat edilib. Həkimlərin rəyinə görə onun 3-4 aydan sonra məşqlərə başlaya biləcək.
 
"Bakı"nın U-17 komandası ilə yanaşı U-19 komandasının da qapıçısı olan Hüseynəli U-17 yığmasına namizəd idi. Həmin oyunda yığmanın məşqçiləri futbolçunun oyununun izləmək üçün stadionda idilər. ("Het-trik news")
Tarix: 3 Fevral [01:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2017
19  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio