"Xəzər Lənkəran"ın baş məşqçisi "Şaxtyor"un düşərgəsində

14:57 - 3 Fevral 2016

Təcrübə keçir

 

“Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov Ukraynanın “Şaxtyor” klubunun düşərgəsindədir.

 

Klubdan Sportal.az-a verilən məlumata görə, Pro lisenziyası alan məşqçilər üçün nəzərdə tutulan təcrübə Antalyada keçirilir. Təcrübə müddəti isə 1 həftə olacaq. 

 

Qeyd edək ki, daha əvvəl Premyer Liqanın XX turunda keçiriləcək "Qarabağ" - "Xəzər Lənkəran" matçına Yunis Hüseynovun komandanı çıxaracağı deyilsə də, Məmmədovun o zamana kimi dönəcəyi də istisna deyil.

Xəbər xətti