"Zirə"də zədəlilərin son durumu: sabah oynaya biləcəklər?

14:58 - 5 Fevral 2016

Fərdi məşqlə kifayətlənirlər

 

Azərbaycan Premyer Liqasının XX turunda "Sumqayıt"la qarşılaşacaq "Zirə" bu matça 2 ciddi itki ilə çıxacaq.

 

Klubdan Sportal.az-a verilən məlumata görə, zədəli olan İqor İvanoviç və Dieqo Qusmao fərdi məşqlə kifayətləndikləri üçün "kimyaçılar"la matçda oynaya bilməyəcəklər. Daha öncə də qeyd etdiyimiz kimi, Yovan Krneta və Viktor İqbekoyi də cəzalı olduqları üçün bu matçı buraxacaqlar.

 

Qeyd edək ki, "Sumqayıt” – “Zirə” qarşılaşması fevralın 6-da saat 15:00-da “Kapital Bank Arena”da start götürəcək.

Xəbər xətti